Şəfəqə Doğru » Manşet » Bu ərazilərə dolu düşüb - FAKTİKİ HAVA

Bu ərazilərə dolu düşüb - FAKTİKİ HAVA

Bu ərazilərə dolu düşüb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, aprelin 7-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb.

 

Proses radar sistemləri ilə müşahidə edilib.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub.

 

Yağan yağıntının miqdarı Qaxda 37.0 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33.0 mm (aylıq normanın 96%-i), Şəkidə 22.0 mm (aylıq normanın 24%-i), Ağdamda 20.0 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 mm olub.

 

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.