Şəfəqə Doğru » Manşet » Tək yol danışıqlar masasıdır - ABŞ-dan Dığdakı insidentə REAKSİYA

Tək yol danışıqlar masasıdır - ABŞ-dan Dığdakı insidentə REAKSİYA

Tək yol danışıqlar masasıdır - ABŞ-dan Dığdakı insidentə REAKSİYA

“ABŞ 11 apreldə Ermənistan və Azərbaycan qoşunları arasında itkilərlə nəticələnən qanlı insidentlə bağlı təəssüf hissi keçirir".

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "Amerikanın Səsi"nin erməni xidmətinə açıqlamasında qeyd olunub.

 

"Ölən və yaralananların ailələrinə başsağlığı veririk. Konfliktin hərbi üsulla çözümü ola bilməz və mübahisələrin həll edilməsində gücdən istifadə edilməsi yolverilməzdir. Dayanıqlı sülhün tək yolu danışıqlar masası arxasındadır və gücdən istifadə danışıqları pozur”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.