Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, adam oğurluğuna görə ömürlük həbs cəzasına məhkum edilən keçmiş siyasətçi Atiq Əhməd və qardaşı Əşrəf Əhməd Uttar Pradeş əyalətinin Allahabad şəhərində polisin mühafizəsi altında, əlləri qandallı şəkildə xəstəxanaya aparılarkən canlı yayımda başlarından güllələnərək öldürülüb.
Görüntülərdə hücum edənlərin yaxın məsafədən Atiq Əhməd və qardaşının başından atəş açdıqları, daha sonra isə gülləbaran etdikləri görülür.
Canlı yayımdakı hücumdan saniyələr əvvəl Atiq Əhmədin ötən günlərdə polis tərəfindən güllələnərək öldürülən oğlunun dəfnində iştirak edib-etməməsi soruşulub. Atiq Əhmədin son sözləri "Bizi buraxmadılar, biz də getmədik" olub.
Aydın