Ermənistan siyasətçiləri və mediası mütəmadi olaraq guya Azərbaycanda milli azlıqların ayrı-seçkiliyə məruz qalması, bir çox problemlərlə üzləşməsi haqda yalanlar tirajlayırlar...
Ermənistanda yeganə milli azlıq olan yezidi kürdləri çox acınacaqlı durumda yaşayır.
Shafaqadogru.com xəbər verir ki, bu günlərdə digər həmkarıyla birlikdə yezidilərin yaşadığı kəndlərdən birinə baş çəkmiş Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan da “Fasebook” səhifəsindəki paylaşımında təsdiqləyib.
“Aprelin 14-də həmkarım Aspram Krpeyanla birlikdə Araqatsotn mərzinin yezidilərin yaşadığı Hakko kəndinə baş çəkdik. Kəndin sakinləri ilə söhbətimizdə təcili həllini tələb edən bir sıra problemləri qeydə aldıq... Kəndə gedən yol keçilməz olduğundan sakinlər normal dolanışıqdan məhrumdurlar. Eyni problem üzündən kənddəki müəllimlər vaxtında məktəbə çata bilmir ki, bu da dərs prosesini tamamilə pozur. Kənddə daimi su problemi var. Elektrik fasilələrlə verilir... Hako kəndində olduğu kimi, Araqatsotn mərzinin yezidilərin yaşadığı digər kəndlərində də həyat dayanıb, insanlar adi yaşam ehtiyaclarını təmin edə bilmirlər”-deyə Ermənistan deputatı vurğulayıb.
P.S. Ermənistan siyasətçiləri və mediası mütəmadi olaraq guya Azərbaycanda milli azlıqların ayrı-seçkiliyə məruz qalması, bir çox problemlərlə üzləşməsi haqda yalanlar tirajlayırlar...
Sultan Laçın