Dünən redaksiyamıza daxil olan bir məlumatda bilidirilir ki, Qazax rayon 1 saylı məktəbin həyətində, həmin məktəbin texniki işçisi, soyadını öyrənə bilmədiyimiz, Vüqar adlı şəxs hündür gilas ağacından yıxılıb. Nəticədə həmin şəxsin ayağı omba qismindən sınıb. Təcili yardım xidmətinin çağırılmasıyla Vüqar şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Lakin, mənbənin bildirdiyinə görə, xəstə dünəndən bu günə kimi anesteziya edilmir. Səbəb kimi isə xəstəxanada anestezist həkimin olmaması göstərilib. Məlumata görə zədəli şəxs eyni səbəbdən əməliyyata da alınmayıb.
Hadisəylə əlaqədar, mərkəzi xəstəxananın hüquqi şöbəsinin müdiri Pərvin Əhmədovla əlaqə saxladıq. O isə, xəstəxanada anestezist həkimin olmaması barədə verilən məlumatın əsassız olduğunu və hal-hazırda xəstənin əməliyatda olduğunu bildirdi. "Hadisə barədə aidiyyati qürumların məlumatı varmı" sualına isə,:- "Bəli polis şöbəsinə bildirmişik ,əməliyyatdan sonra yəqin ki, gəlib izahatını alarlar" deyə ,cavablandırdı. Məktəbin texniki işçisi olan Vüqar iş saatında hansı məcburiyətdən gilas dərməsi isə bir başqa mövzudur. Güman ki, sözügedən məktəbin rəhbərliyi tərəfindən bu barədə ətraflı açıqlama veriləcək.
Qeyd: "Şəfəqə Doğru" mətbu orqanı olaraq məqalədə adıçəkilən şəxslərin və qurumların mövzuyla bağlı fikirlərini dərc etməyə hazırıq!
Neymət Novruzlu.