Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.