Narkotikə boyun əyənlər hər şeyini rahatlıqla satar... Bu gün İran minlərlə gəncimizi öz köləsinə çevirib... Burda narkotik faktı XÜSUSİ yer tutur...
Maləsəf, bizlər hələ də bu bəlaya gərəkən reaksiyanı verə bilmirik...
Yasamal, Bayıl başda olmaqla Bakının mərkəz olmayan küçələrinə enin... Durum dəhşətli dərəcədə faciəvidir.
Körpə oğullarımız, qızlarımız narkomandır... Onları geri qaytarmaq lazımdır. Dövlət narkotikdən asılılığı aradan qaldıran tibb ocaqları açmalı və burda müalicə pulsuz olmalıdır.
Əks halda hər gün onlarla gəncimiz NARKOTİKDƏN ÖLƏCƏK...
Nədən bu ölümlərin statistikası ayrıca olaraq elan olunmur?
Mənasızcasına düşüblər olmayan koronavirusun peşinə...
Əslində bu gün Azərbaycanda aşkar və təhlükəli şəkildə NARKOTİK PANDEMİYASI yaşanır...
Ayıl, millət...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redkatoru