Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.
Shafaqadogru.com xəbər verir ki, o, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.
Xatırladaq ki, M.Çavuşoğlu 1968-ci ildə Antalyada anadan olub. O, 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.