Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.
Yerli polis bölməsi məlumatı təsdiqləyib.
Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub.
Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb.
Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, 2022-ci ilin sentyabrında vilayətin Kirov və Lenin rayonlarındakı hərbi komissarlığın binalarının yandırılmasına cəhd edilib.