Putin Rusiya elitasını toplaya biləcəyinə əmin deyil.
Shafaqadogru.com xəbər verir ki, belə bir qənaətə Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib. İnstitutun analitikləri qeyd ediblər ki, "Vaqner" üsyanına Kreml və Putinin dərhal reaksiyasının olmaması Rusiyanın onu zamanında yatırmaq imkanının olmadığını göstərir.
Bundan əlavə, ISW-nin hesabatında deyilir ki, Putinin cəld hərəkət edə bilməməsi həm də onun Rusiya elitasını öz ətrafında toplamaq qabiliyyətinə əmin olmadığına bir sübutdur.
Analitiklərin fikrincə, Putinin Lukaşenko ilə görüşü uzatmaq qərarı, çox güman ki, Onun "Vaqner"lə bağlı narahatlığının davam etdiyinin və Lukaşenkonun onu sakitləşdirə bilmədiyini göstərir.
Bundan əlavə, icmalda rəhbərliyin "Vaqner"in gedişindən sonra yaranmış təhlükəsizlik boşluğunu federal subyektlər əsasında rəsmiləşdirilmiş, lakin mərkəzləşdirilməmiş (regional) hərbi “müəssisələr” yaratmaqla azaltmağa çalışdığına diqqət çəkilir.
İyulun 25-də Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda silah dövriyyəsini tənzimləyən federal qanuna Rusiya Federasiyasının təsis qurumlarının rəhbərlərinə ixtisaslaşdırılmış dövlət unitar müəssisələri yaratmağa imkan verən dəyişiklikləri qəbul edib.
Ekspertlər qeyd edirlər ki, düzəlişlər Putinə müvəqqəti olaraq müəssisələr yaratmağa, sonra isə onları ləğv etməyə imkan verəcək, bundan sonra bu müəssisələr bir ay ərzində bütün atıcı silahları və digər silah növlərini Rusiya Müdafiə Nazirliyinə verməli olacaqlar.
Cəbhədəki vəziyyətə gəlincə, icmalda göstərilir ki, Ukrayna qoşunları cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və iyulun 25-də irəliləyib.