Şəkidə ağacdan əncir yığan qadını elektrik cəryanı vurub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birinində yaşayan qadın həyətdəki ağacdan əncir yığan zaman onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda ölüb. Hələ ki, şəxsiyyəti məlum olmyan qadının meyitini ağacdan düşürmək üçün əraziyə müvafiq qrum nümayəndələri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.