Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi ilə bağlı açıqlama yayıb.
Shafaqadogru.com gununsesi.info-ya istinadla həmin açıqlamanı təqdim edir:
“Tanınmış beynəlxalq akademik, Dr. Qubad İbadoğlunun 23 iyulda həbs edilməsini yaxından izləyirik. Dr. İbadoğlu da daxil olmaqla, Azərbaycan vətəndaşlarının təməl azadlıqlarını və insan haqlarını Azərbaycan qanunları və beynəlxalq məsuliyyətlərini, verdiyi sözlərə uyğun olaraq qoruması böyük önəm daşıyır.
Azərbaycan hökumətini dərmanlara əlçatım və ədalətlu qanuni proses də daxil olmaqla, Dr. İbadoğlunun insan haqlarına sayğı göstərilməsini təmin etməyə çağırırıq”.