Ağstafada bədbəxt hadisə baş verib. Shafaqadogru.com xəbər verir ki, Eynallı kənd sakini, 1971-ci il təvəllüdlü Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb. Nəticədə Q.İmamverdiyev bədənin III və IV dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, kənd sakininin ayağının biri qopub. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.