Mərkəzin direktoru Kamandar doktorun rüşvətxorluğundan nə qədər yazsaq da bitmir ki , bitmir.
Bir neçə gündür redaksiyamıza daxil olan ,müraciətlərdə Qazax Diaqnostika Mərkəzində çox vacib olan bir cihazın( rentgen aparatıda )deyillər K.T. (kampüter temaqrafiya )deyilən bir aparatın artıq fevral ayından bəri işləməməsi barədə deyillıər ki ,bu barədə qəzetimizdə işıqlandırmamızı xahiş edirlər. Müraciətlərlə əlaqədar deyilənləri yerində araşdırmaq üçün, adı çəkilən mərkəzə yollandım və K.T.-ni işlədən mütəxəssiz həkim Fərhad Nağdalıyevlə görüşdüm.Öz iş otağında xalatsız oturub gələn xəstələrə şifahi məsləhətlər verib,cihazın işləməməsindən dolayı xəstələrdən üzürhaklıq etdiyini eşitdim.Nə isə ki, ilk sualım K.T.-nin nə zamandan bəri işləmədiyi oldu.Fərhad Həkim bu ilin fevral ayından işləmədiyini söylədi.Və dəfələrlə baş həkimə müraciət etmişəm deyə, sualımı cavablandırdı.Bəs cavabı nədir sualımı isə :-Hələ imkanımız yoxdur deyə, cavablandırdi.Anladığım qədərincə Kamandar doktor bir neçə həkim yəni Fəxrəddin həkim ,Şəfa həkim kimi ,Fərhad həkimi də bezikdirib işdən öz ərizəsi ilə çıxmasını istəməsidir.Çünki , yerinə götürəcəyi adamdan da xeyli pul alacaq deyə, bəzi adının çəkilməsini isdəməyən mənbələr bildirir.Onu da qeyd edim ki,mərkəzdə kimi dindirdim Kamandar doktorun haqqında mənfi fikir söylədilər.Təbii: adlarının çəkilməsini istəmədiyi şəkildə fikir bildirdilər.Nəhayət,Kamandar doktorun özü ilə görüşməli oldum.Mənimlə eyni zamanda bir xəstə uşağın atası da, əsəbi halda içəri daxil oldu.Elnur Quluyev adlı valideyin eyni şikayətlə daxil oldu və əsəbi halda kamandar doktora :-Mən niyə bu xəstə uşağımı burda KT ola- ola Gəncəyə yaxud, başqa rayona aparmalıyam.O , mübahisəsini bitirmədən mən suallarımı kamandar doktora ünvanladım .Və o, cavabında gah dedi tenderə vermişik alınmadı, gah dedi rəhbərliyə bir neçə dəfə demişəm onlar da, hələ imkan olmadığını söylədilər. Təmir olunması üçün, isə 5- 6 min manat lazım olduğunu ,ona isə,imkan olmadığını söylədi.Bəlkə təzəsini gətirdik dedi .Və nəhayətində özünü itirərək,niyə çəkiliş aparırsan deyə, mənə irad bildirdi . Bəlkə mən sənə heç müsahibə vermək isdəmirəm. Nə ixtiyarla yazdırırsan deyə ,mənim jurnalist fəaliyyətimi məhdudlaşdırmağa cəhd elədi.Nəhayət otağını tərk etməyi mənə göstəriş verdi. Yanımdakı valideyn Elnur Quluyevin şahidliyi ilə çəkmişəm.Hazırda vidio yazı məndədir.Onuda qeyd edim ki,Kamandar həkim oradakı süpürgəçidən tutmuş “Oxrana” görəvlilərindən də haqq alır.Əlimizdəki məlumata görə, hətta şəkilə görə ,görəvliləri taksi kimi işləməyə buraxır və onların maşşından haqq alır.Həmin görəvlilərin taksiləri elə mərkəzin qabağında durur və diaqnostika mərkəzinə gələn xəstələri daşıyıb pul qazanıllar. Araşdırılsa həmin taksilərin sahibləri iş vaxdı işdən yayınaraq , taksilik etdikləri üzə çıxar. Bütün bunların hamısına Kamandar doktor özü şərait yaradır.
Araşdırmamız davam edir .
Neymət Novruzlu .