Şəfəqə Doğru » Manşet » "Putini kim aradan götürə bilər?" - DTK-nın keçmiş əməkdaşı

"Putini kim aradan götürə bilər?" - DTK-nın keçmiş əməkdaşı

"Putini kim aradan götürə bilər?" - DTK-nın keçmiş əməkdaşı
"Putinin qatilləri prezidentin şəxsi mühafizəçiləri və hətta Alina Kabayeva da ola bilər..."
 
DTK və Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq əməkdaşı Sergey Jirnov Rusiya Federasiyasının prezidenti Vladimir Putini qətlə yetirə biləcək adamların adını açıqlayıb.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə o, "24 kanal"ın efirində danışıb.
 
"İstənilən, hətta adamyeyənlər ölkəsində hakimiyyət tranziti mümkündür, çünki insanlar öləridir. Putin onsuz da nə vaxtsa öləcək. Elə məqam gələcək ki, bu adam hakimiyyətdən gedəcək, onu başqasına ötürmək lazım gələcək", - Jirnov deyib.
 
O, xatırladıb ki, normal şəraitdə Rusiya Federasiyası Konstitusiyasında əvvəlki prezidentin ölümündən sonra hakimiyyət baş nazirə keçir, o da 90 gündən gec olmayaraq yeni prezident seçkilərini təyin edir.
 
"Qeyri-normal şərait də olur...onu devirirlər. Putin nəzəri cəhətdən hakimiyyətin Yeltsinin nümunəsi kimi tranzitini təşkil edə bilər. O, deyə bilər ki, mən yorulmuşam, gedirəm, bu da mənim varisim- Dmitri Medvedev və ya kənd təsərrüfatı naziri, Nikolay Patruşevin oğlu Dmitri Patruşev, Kiriyenko və ya başqa birisidir", - Jirnov qeyd edib.
 
"Mən Putini tanıdığımdan deyə bilərəm ki, o, hakimiyyəti təhvil verməyəcək. O, ilk iki müddətdən sonra hakimiyyəti tamamilə sakit tərzdə təhvil verə bilərdi. O, 2008-ci ildən sonra prezident olmaq istəməyib. Sonra nəsə baş verib", - Jirnov bəyan edib.
 
O, hesab edir ki, istənilən diktaturada çox vaxt çevriliş təşkil edilir.
 
"Belə vəziyyətdə hansısa məqamda ən ehtimal olunan şey budur ki, onu məhz öz mühafizəçiləri öldürə bilər", - DTK-nın sabiq əməkdaşı hesab edir.
 
O cümlədən, onun fikrincə, bunu Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev və ya prezident mühafizəsinin nümayəndəsi Aleksey Rubejnoy edə bilər.
 
"Bu iki nəfər daima Putinlə təmasdadır və onun təhlükəsizliyini təmin edir", - Jirnov deyib.
 
"Putinlə təmasda olan istənilən adam onu öldürə bilər", - sabiq əməkdaş vurğulayıb.
 
Bununla əlaqədar olaraq o, hesab edir ki, Putini patriarx Kirill, Putinin mənəvi ruhanisi mitropolit Tixon Şelkunov və ya Alina Kabayeva da öldürə bilər.
 
May ayında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri general Nikolay Malomuj bəyan edib ki, Qərb Rusiya prezidenti Vladimir Putini yalnız nüvə silahının tətbiq ediləcəyi halda aradan götürməyə imkan verə bilər.