16 avqust saat 08:30 radələrində ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dənverilən məlumata görə, maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.
Məlumata görə, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.
“ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır!”, - məlumatda qeyd olunur.