Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.
Shafaqadogru.com xəbər verir ki, sümüklü ətin qiyməti 50 qəpik - 1 manat artıb.
Ötən həftə 14 manata satılan mal əti hazırda bazara 15-16 manata çıxarılır.
Mal ətinin son bir həftə ərzində bahalaşmasını ot və yem qiymətlərinin artması ilə əlaqələndirirlər.
Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.