Düşmən şəbəkəsi bizim məkanda görün necə rahatlıqla toz-tozanaq qaldıra bilir. Hələ ki, heç bir instansiyaya əlilllik və ya başqa məsələ ilə bağlı hansısa müraciətim olmayıb.
Törədilən terror aktı nəticəsində baş verən xəsarətin dərəcəsinin müəyyənləşməsi sadəcə məhkəmə prosesi üçün zərurət təşkil edir. Hətta belə bir müraciət olsaydı belə burada hansısa hüquqi və ya tibbi imtiyazdan deyil, real bir durumdan söhbət gedərdi.
Məhz bunu yaxşı bilən və gələcəkdə məhkəmədə ifşa olunacağını anlayan İran xüsusi xidmət orqanları bizim bəzi savadsız media və sosial şəbəkə ünsürlərini qəsdən yönləndirərək yalan informasiyanı necə tirajladılarsa, milli başıboşlarımız da sürü şəklində bu kampaniyanın aktiv iştirakçısına çevrildiıər.
Digər tərəfdən hakimiyyət içindən bəzi dairələrin dəstəklədiyi konkret.az kimi saytların da İran şəbəkəsinə aid saytlarla birlikdə şəxsimizə qarşı hücumlara başlaması düşmənin necə koordinasiyalı və mütəşəkkil fəaliyyətininin mövcudluğunu göstərir.
Heç narahat olmayın. heç bir uydurduğunuz yarlıqlar, sifarişli ifşalar, atdığınız söz və silah güllələri məni doğru bildiyim, həyatımı qoyduğum məmləkət davasından çəkindirə bilməz.
Fazil Mustafa