Şəfəqə Doğru » Manşet » Ağstafa rayonunda örüş yerlərini əkin yerinə çevirənlər kimlərdir ?

Ağstafa rayonunda örüş yerlərini əkin yerinə çevirənlər kimlərdir ?

Ağstafa rayonunda örüş yerlərini əkin yerinə çevirənlər kimlərdir ?

İki gün öncə bu barədə yazmışdıq ki, Ağstafada  kənd  bələdiyyələrinin nəzdindəki  torpaqların  imkanlı  şəxslərə, üstəgəl, real dəyərindən aşağı  qiymətlərlə satıldığa  dair  iddialar var. Adının açıqlanmasını  istəməyən mənbənin iddialarına  görə, bələdiyyələrin  bu  mübhəm torpaq   satışı rayonun  icra hakimiyyətində işləyən, müəyyən vəzifə sahibləri və  kəndlərin bələdiyyə  sədrlərinin sıx "işbirliyi" nəticəsində  reallaşmaqdadır. Sözügedən  vazifə  sahiblərinin arasında  isə adı  ən çox  hallandırılan icra hakimiyyəti başçısının müavini Müşfiq Hüseynovdur. Bildirilir ki, qanunla kənd  bələdiyyələrinin nəzdində olan bəzi  örüş sahələri 1  hektarı 5-6 azn qiymətinə sənədləşdirilsə  də, rayonda yaşayan imkanlı  şəxslərə (el  arasında  "oliqarxlar" adlandırılırlar) 200-300 azn arasında  bir  qiymətlə satılır.

Araşdırmamız nəticəsində əldə  etdiyimiz məlumatlara  görə, torpağı alanlar, yəni   icarədarlar da  öz  növbələrində    həmin  örüş  yerlərini 1  hektarı (400) dörd yüz manat dəyərində olmaqla  başqa adamlara  əkin əkmək üçün satıblar. Həmin ərazilərdə  günəbaxan  ,taxıl ,bostan ,kartof və digər bitkilər əkmişlər. Bu hallar torpaq qanunvericiliyinə  görə, qanuna ziddir hallardır,  hətta cinayətdir deyə bilərik. Çünki, həmin sahələrdə nadir bitkilərdən olan  yovşan otları  ,ulğunluqlar  vardır ki , artıq onları çoxunu əkib və yerində istədikləri şeyləri bitiriblər. 

 İddialara görə, icarədarlar tərəfindən yaradılan başqa bir  problem də  rayonda  su qıtlığına  səbəbiyyət  vermələri və rayonda su  bölgüsünün ədalətsiz  bölünməsinə  şərait yaratmalarıdır. Ərazidə yaşayan kənd camaatının dediyinə görə, suyu pulu çox olan icarədarlara baha qiymətə satırlar . Kənd camaatı isə qanunu əkməli, suvarmalı olduqları  ərazilər  üçün  su ala bilmirlər. Nəticədə narazılıq  yaranır. Kəndlərdəki əhali isə  buna görə, etiraz edir. Lakin , bu etirazlara və şikayətlərə baxacaq rayon rəhbərliyi isə öz etdiklərini bildiyindən o şikayət və etirazlara baxmırlar. Örüş yerlərini ucuz qiymətə alıb baha qiymətə satdığı iddia  olunan  icarədarlardan bir neçəsinin adları  redaksiyamıza təqdim edilib.

1. Kosalar kənd sakini Cəmil adında  şəxs  300 hektarı  400 manatdan əkin altına satıb.Həmin sahə ulğunludan ibarət idi.Ulğunluq məhv edilib deyə mənbə bildirir.Həmin yerdə redaksiyamız tərəfindən çəkiliş aparılıb.Əlimizdə fakt var. 

2. Kürün o tayında Qızıl ulğun deylən sahə yenə soyadını bilmədiyimiz  Dürdanə adında imkanlı bir  xanıma  350 hektar hektarı  400 manatdan icarəyə verilmişdir.

3. Marksofkanın icra nümayəndəsi Musa adında birisinə 150 hektar verilib .Kürün qırağında kartof əkib.

4. Kəmallədin köhnə sovxoz direktoru 400 manatdan 30 hektar satıb .

5. Saloğlu bəllədiyəsi 30 hektar örüş yerini 300 manatdan satıb,əlimizdə foto və video çəkilişi var.

6. Muğanlıda toyuq fermasının 40 hektar  örüş yeri əkin altına satılıb.

7. Qarabağlı İbrahim qoyunçuluq sovxozunun 22 hektar  yeri  300 manatdan satılıb deyə adının çəkilməsini istəməyən mənbə bildirir.

  Bütün bunlar haqqında  təfsilatı ilə məlumata  sahib  olan  şəxs isə,Agstafa rayon icra hakimiyyətində hal-hazırda özünün dediyinə görə ,iqtisadiyat üzrə məsləhətci işləyən və öncələr  torpaq şöbəsinin müdiri işləmiş Rizvan Mustafayevdir. Bu gündə həmin işlərin ölçü-biçisini və icra hakimiyyəti ilə bələdiyələr və icarədarlarla olan alış –verişlərini yoluna qoyan adam məhs  Rizvan  Mustafayevdir. 

 "ŞəfəqəDoğru" redaksiyası olaraq, mövzu  ilə  bağlı  iddiaları  və bu günə qədərki araşdırmalarımızla əldə etdiyimiz məlumatları oxucularımıza çatdırmağı vəzifə  borcu  hesab edirik. Bununla  bərabər,  ümid  edirik ki,  aidiyyatı qurumlar məsələni araşdırarlar və  iddiaların nə  dərəcədə  doğru  olub-olmadığını dəqiqləşdirmək üçün  redaksiyamıza da kömək  etmiş olarlar. 

Araşdırmamız davam edir. 

İddialarla bağlı adı  çəkilən şəxslərin fikirlərini dinləməyə  və  dərc  etməyə   hazırıq.

   Neymət Novruzlu.