Qabil Hüseynli: “Lakin Qərbin bu ölkəyə münasibəti dəyişmir ki, dəyişmir”
“Ermənistan dünyanın ən təhlükəli dövlətidir, lakin bu ölkə nə edirsə etsin, Qərbin ona münasibəti heç cür dəyişmir”.
Bunu Moderator.az-a açıqalamasında politoloq Qabil Hüseynli bildirib. Siyasi şərhçi qeyd edib ki, Ermənistan bu gün sadəcə Cənubi Qafqazda deyil, bütün dünyada terror və təxribatları dəstəkləməkdə, hərbi cinayətlərdə müxtəlif formalarda iştirak etməkdədir:
“Ermənistanda terrorun dövlət siyasəti olduğu bugünə qədər öz təsdiqini tapan məlum faktlardan biridir və İrəvan bu gün də beynəlxalq qanunlara zidd olaraq bir sıra ölkələrin silahlanmasında, qanunsuz silah-sursat daşınmasında iştirak edir. Bu gün Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların dəlinməsində Ermənistan yaxından iştirak edir. Rusiya hərbi sənayesi üçün gərəkli olan çiplər, yarımkericilər və s. məhsulların bir qismi məhz Ermənistan vasitəsi ilə əldə edilir və bu ölkəyə çatdırılır. İrəvan sanksiyalarla üzləşən Rusiya ilə iqtisadi əməkdaşlıq fonunda xeyli gəlir əldə edir və bunu milli gəlirin artması, iqtisadi dirçəliş kimi qələmə verir. Halbuki, bu, Rusiya ilə gizli sövdələşmələr nəticəsində əldə edilən müvəqqəti gəlirdir və bunun Ermənistanın iqtsiadi dirçəlişi ilə heç bir əlaqəsi yoxdur.
Yaxşı olar ki, Qərb ölkələri Ermənistanın bu ikiüzlü, qanunsuz əməllərini görsünlər və ona münasibətdə gərəkli addımlar atsınlar”.
Seymur ƏLİYEV