Şəfəqə Doğru » Manşet » Ermənistan ordusunun təxribatına CAVAB: Dörd hərbçi məhv edildi - YENİLƏNİB

Ermənistan ordusunun təxribatına CAVAB: Dörd hərbçi məhv edildi - YENİLƏNİB

Ermənistan ordusunun təxribatına CAVAB: Dörd hərbçi məhv edildi - YENİLƏNİB

Bu gün Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər istiqamətində baş verən silahlı toqquşma nəticəsində Ermənistan ordusu dörd hərbçisini itirib, bir nəfər yaralı var.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.


Ermənistan ordusunun sentyabrın birində törətdiyi təxribat zamanı zərərsizləşdirilən erməni hərbçilərin adları bəlli olub.

Bu barədə Ermənistanın Masis icmasının rəhbəri David Ambartsumyan bildirib.

Onun sözlərinə görə, həmin hərbçilər Masis icmasının sakinləri Andranik Antonyan və Arsen Mkrtçyan  olublar.

11:23

Azərbaycan-Ermənistan şərti sərhədində qarşı tərəfin törətdiyi təxribata cavab olaraq Ordumuz tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ölüb, bir nəfər yaralanıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ancaq ölən hərbçilərin məlumatları, eləcə də yaralı hərbçinin səhhəti barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Zərbə nəticəsində iki hərbi qulluqçumuz yaralanıb. Bundan öncə isə erməni təxribatı nəticəsində hərbi qulluqçumuz Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.