Biz adətən doğranmış limonları soyuducuda saxlayırıq ki, xarab olmasın. Amma görün, soyuducuda yarıya bölünmüş limonlar nəyə səbəb olur.
Sherg.az türk mediasına istinadən təfərrüatlar təqdim edir...
Adətən limon dilimlərini soyuducuya qoyuruq ki, müxtəlif vaxtlarda istifadə edə bilək. Ancaq bu saxlama üsulu əslində sağlamlıq problemləri yaradır.
Kəsilmiş limonları soyuducuda saxlamaq nə qədər məntiqli səslənsə də, əslində bir o qədər zərərli olduğunu unuduruq.
Limonun sağlamlığa faydaları onun təsir etdiyi müsbət cəhətləri saymaqla bitmir.
C vitamininin böyük bir qaynağı olan limon həzm sistemini, xüsusən də immunitet sistemini tarazlaşdırır və üstəlik bir çox xəstəliklərin qarşısını ala bilir. Eyni zamanda limon dəri və ağız sağlamlığı üçün çox təsirli rol oynayır.
Hər növ limon bir çox yemək alternativi üçün istifadə edilə bilər. Yeməklərdə, şorbalarda, salatlarda və çaylarda istifadə etmək üçün yarıya bölünmüş limonlar adətən soyuducuya qoyulur. Qalan limon dilimlərini qorumaq istəsək də, bu əslində insan orqanizmi üçün zərərli bir hərəkətdir.
Əvvəl kəsilmiş limonu soyuducuda saxladığınız zaman limonun açıq hissələri nəfəs almağa və zərərli maddələri özünə çəkməyə başlayır.
Soyuducuda saxlanılan limonun daha sonra istehlak edilməsi sinir və həzm sisteminə mənfi təsir göstərir. Soyuducuda saxlanılan limonlar zamanla öz təsirini itirir. Bu səbəbdən limonu bir gecə belə soyuducuya qoymamalısınız.
Dilimlənmiş və ya doğranmış limonları soyuducu çantada və ya bankada saxlamaq daha doğrudur.
Limon bütövdürsə, soyuducuda saxlamağın heç bir zərəri yoxdur. Bununla belə, dilimlənmiş limonları necə saxladığınıza diqqət yetirməlisiniz. Saxlama qabına qoyub soyuducuda saxladığınız limonlar maksimum 4 gün qala bilər.
Limonu daha uzun müddət saxlamaq istəyənlər dərin dondurucuda bütöv saxlaya bilərlər. Eyni zamanda limonu təkcə soyuducuda deyil, təbii günəş işığı olmayan sərin yerlərdə də saxlamaq olar.
Soyuducuya qoyulacaq kəsilmiş limonlar hava ilə təmasdan uzaqlaşdırılmalıdır. Bu səbəbdən limonları saxlamaq üçün alüminium folqadan da istifadə etmək olar.