Putin bu gün bəyan etdi ki, biz (Rusiya) illərdir Laçın və Kəlbəcər də daxil olmaqla Dağlıq Qarabağı Ermənistan yurisdiksiyasında qalmaqla digər 5 rayonu Azərbaycana qaytarmağı təklif etmişdik - amma Ermənistan buna razı olmadı, indi də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, biz daha nə edə bilərik ki?!
Elə bil atası Vladimirin torpaqlarını Ermənistana peşkəş edilməsindən danışır, sanki Azərbaycan və ölkənin rəhbərliyi buna razı, hazır imiş - mən inanmıram ki, mərhum Heydər Əliyev, sonra da İlham Əliyev buna razılıq vermiş olsunlar, bu mümkün deyil. Ölkə torpaqlarından pay verən bir gün də hakimiyyətdə qala bilməzdi, həm də hər iki Əliyev heç vaxt bu addımı atmazdılar, başqa sahələrdə, iqtisadi-sosial məsələlərdə çoxsaylı səhvlərinə rəğmən bu məsələdə güzəşt etməzdilər.
Azərbaycan rəsmi şəkildə Putinə cavab verməlidir, tək bu məsələyə görə yox, çıxışında, "ümid edirəm ki, Qarabağda etnik təmizləmə olmayacaq", dedi - tam bir provokasiyadır, sanki belə bir ehtimal var, mən əminəm ki, belə bir məsələ Azərbaycanın gündəliyində yoxdur, ola da bilməz.
Rusiya daim aranı qatmasa məsələlər həll olunar, bölgəmizə çoxdan sülh gələrdi...
Natig Cəfərli