Ermənistanda qadınlar 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında bildirib.
O deyib ki, qadınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək və könüllü olacaq. Hərbi xidməti başa vurduqdan sonra qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş alacaqlar.
Həmçinin əlavə olunub ki, qadınlar hərbi xidmətə çağırış gününə qədər xidmətdən imtina etmək hüququna malik olacaq.