Zəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq. Bu barədə rusiyayönümlü erməni bloqer Mika Badalyan yazıb.
Erməni bloger Zəngəzur dəhlizinin Qərb tərəfindən açılacağını iddia edir. Bu, bir qədər məntiqsiz görünür, lakin Badalyan "sübut” kimi "Googlemaps”a istinad edir.
"Qərb Zəngəzur dəhlizini 2023-cü ilin dekabrında açmağı planlaşdırır. "Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər. "Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə "Google” şirkətinə məlumat ötürə bilməz. Əgər Azərbaycan məlumat ötürsəydi, o zaman, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verən hər şeyin arxasında Qərb dayanır və məqsədi Ermənistanın parçalanması hesabına olsa belə Zəngəzur dəhlizinin həyata keçirilməsidir” – Badalyan iddia edir.