Şəfəqə Doğru » Manşet » Daş Salahlı bentonit gil mədəni – “AZROSPROMİNVEST” MMC kəndi toz içində boğur

Daş Salahlı bentonit gil mədəni – “AZROSPROMİNVEST” MMC kəndi toz içində boğur

Daş Salahlı bentonit gil mədəni – “AZROSPROMİNVEST” MMC kəndi toz içində boğur

Artıq bir neçə gündür ki,  Qazax rayonunun Daş Salahlı kəndi sakinləri tərəfindən redaksiyamıza intensiv müraciətlər daxil olur. Müraciətlərdə bildirilir ki, kəndin qərbində yerləşən,  Daş Salahlı bentonit gil mədəni –“AZROSPROMİNVEST” MMC  illərdir kəndi toz altında  boğmaqdadır. Beləki,yüksək keyfiyətli gil tozu üyüdüb digər ölkələrə göndərərək ,özləri  üçün pul qazanırlar. Lakin ,adı çəkilən MMC-nin rəhbərliyi  kənd camaatından dəfələrlə etirazlar eşitsələr də, bu tozun qarşısını almaq haqda  heç düşünmək belə istəmirlər. Çünki, sakinlərin bildirdiklərinə  görə, tozun qarşısını almaq üçün, müəyyən vaxtdan sonra  filtrlər yenilənməlidir.  Yenilənmə əməliyyatı isə , xərc tələb etdiyindən filtrlər dəyişdirilmir. Faktla əlaqədar ,redaksiyamız tərəfidən həmin kombinata getdik . Kombinatın kənarından iki böyük borudan çıxan tozun mənzərəsini çəkərkən, bahalı bir   avtomobillə  iki nəfər yaxınlaşaraq "niyə çəkirsiniz" deyə soruşdular. Vəsiqəmi göstərib özümü təqdim etdikdən sonra ,özünü mühafizənin rəisi kimi, təqdim edən ( digəri isə özünü isə təqdim etməkdən imtina etdi)  gənc adam  çəkiliş aparılmasına icaze yoxdur deyərək, bildirdi.Rəhbərliklə görüşmək isdədiyimizi bildirdik.Radsiya ilə əlaqə saxlayan mühafizə rəisi rəhbərliyin mətbuatla görüşmək isdəmədiyini bildirdi. Nəisə ki, biz gördüyümüzü görüb, çəkilişimizi etdik. Rəhbərlik isə, görünür suallarımız  bəlli və haqlı olacaqdı deyə, bizimlə görüşməkdən imtina etdilər. Ancaaq ”cidanı çuvalda gizlətmək olmaz “

Daş Salahlı bentonit gil mədəni – “AZROSPROMİNVEST” MMC kəndi toz içində boğur

Çəkdiyimiz fotolar və video görüntülərdə açıq göründüyü kimi, toz dumanının varlığı   danılmaz  faktdır. Həmin tozun tərkibində hansısa zəhərli maddələrin varlığı, miqdarı isə bəlli deyil. Kənd camaatının bu mövzudakı narahatlığında  haqlı olduğunu isbatlamağa başqa bir dəlil lazım deyil. Evlərin damında yığılan toz miqdarı qorxunc miqyasdadır. 

Onu da qeyd edək ki, mühafizə rəisi şəstlə müdür əvəzi “ nə isdəyirsiniz,  bu kənddən bu qədər insan  burda  işləyib maaş alır” deyir. Ancaq,  on min əhalisi olan kəndin  bu toz səbəbiylə, həmçinin,  ekologiyanın pozulmasından dolayı xeyli  əziyyət  çəkdiyini ya bilmir, ya da, bilməzlik edir. Biz isə, mətbuatçılıq  borcumuz olaraq, gördüklərimizi çəkdik və yazdıq. Güman ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla, ölkədəki və regiondakı  aidiyyəti  qürumlar bu haqda bir tədbir görəcəklər. (Shafaqadogru.com)


Redaksiya qarşı tərəfin fikirlərini  dinləməyə hazırdır.