Xəbər verdiyimiz kimi, ötən gün İspaniyanın Qranada şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin III Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Prezident bundan sonra fransalı həmkarı Emmanuel Makron ilə də qısa görüş keçirib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.
O, görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələsini, ikitərəfli əməkdaşlıq və regionlararası iqtisadi layihələri müzakirə edib. Zelenski bildirib ki, Ukrayna regionun sabitliyində və ölkələr ilə dostluq münasibətlərində maraqlıdır.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.