Şəfəqə Doğru » Manşet » Vladimir Putin: “Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”

Vladimir Putin: “Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”

Vladimir Putin: “Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”

“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir: “Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.

Qeyd edək ki, V.Putin daha əvvəl Ukraynanın əks-hücumunun tamamilə iflasa uğradığını söyləmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.