Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən "Mustafa Kemal Atatürk-2023" təlimlərindən görüntülər paylaşıb.
Shafaqadogru.com xəbər verir ki, müvafiq paylaşım Nazirliyin "X" hesabında edilib.
Bildirilir ki, təlim zamanı plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın tapşırığını icra ediblər. Komandolar tapşırığı uğurla yerinə yetiriblər.