Bakıda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.
Shafaqadogru.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.
Yolu keçmək istəyən piyada, 31 yaşlı Ukrayna vətəndaşı Şepel Viktoriya Vladimirovnanı maşın vurub.
V. Vladimirovna hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.