ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya mənbələrindən asılılığı azaltmaq üçün uranın zənginləşdirilməsi imkanlarını genişləndirmək üçün Konqresdən 2,2 milyard dollar istəyib.
Bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.
Səlahiyyətlilər 2024-cü maliyyə ili üçün (1 oktyabrdan başlayaraq) ABŞ qanunvericilərindən Amerikanın təhlükəsizliyini və enerji müstəqilliyini təmin etmək üçün 6 milyard dollar ayırmağı hiş ediblər.
Bu məbləğin 2,2 milyard dolları aşağı zənginləşdirilmiş uran üçün Enerji Departamentinə yönəldiləcək. Uran ölkədə yaradılan kiçik modul nüvə reaktorları üçün lazımdır.
Ağ Evin məlumatında deyilir: “Bu, milli təhlükəsizlik prioritetidir, çünki Rusiyanın uran mənbələrindən asılılıq ABŞ iqtisadiyyatı və mülki nüvə sənayesi üçün risk yaradır, xüsusən də Rusiya-Ukrayna münaqişəsi fonunda.
Əgər tədbir görülməsə, Rusiya qlobal uran bazarına nəzarəti davam etdirəcək və bu, ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına zərər verəcək. Bu təşəbbüsün uğurla həyata keçirilməsi üçün həmçinin Rusiya Federasiyasından zənginləşdirilmiş uranın ABŞ-a idxalına uzunmüddətli qadağa tətbiq etmək lazımdır”.