Şəfəqə Doğru » Manşet » “Biz regionda lider rolunu oynamaq istəyirik” - Gürcüstandan AÇIQLAMA

“Biz regionda lider rolunu oynamaq istəyirik” - Gürcüstandan AÇIQLAMA

“Biz regionda lider rolunu oynamaq istəyirik” - Gürcüstandan AÇIQLAMA

“Biz regionda lider rolunu oynamaq istəyirik”.

 

 Shafaqadogru.com  xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin İctimai telekanalına müsahibəsində bildirib.

 

“Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək səylərimiz buradan qaynaqlanır. “3+3” formatına gəlincə, burada bizim çox aydın mövqemiz var. Rusiya Gürcüstan ərazilərinin işğalını dayandırmayana və Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Lakin bu, o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcək və Gürcüstan, Ermənistan və Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığı təşviq edəcək belə bir atmosfer yaratmaq bizim üçün vacibdir. Əgər bir formatda iştirak edən ölkə ərazi bütövlüyümüzü kobud şəkildə pozursa və ölkəmizin bir hissəsini işğal edirsə, təbii ki, o formatda iştirak etməyin mənası yoxdur”, - Samxaradze bildirib.

 

Komitə sədrinin sözlərinə görə, Tehranda keçirilən “3+3” formatlı iclasdan sonra çox maraqlı bir kommünike dərc edilib və onun birinci bəndində qeyd olunub ki, ölkələr ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini beynəlxalq hüquqla müvafiq qaydada tanıyır.