Şəfəqə Doğru » Manşet » Milanda daşqın: Şəhər suyun altında qaldı – VİDEO

Milanda daşqın: Şəhər suyun altında qaldı – VİDEO

Milanda daşqın: Şəhər suyun altında qaldı – VİDEO

İtaliyanın şimalında əlverişsiz hava şəraiti davam edir.

Çərşənbə axşamı Milana yağan güclü yağış yerli Seveso çayının daşmasına səbəb olub. Şəhərin bir sıra məhəllələri suyun altında qalıb.

Yerli hakimiyyət orqanları ekstremal hava şəraitinə uyğunlaşmağa çalışır. Daşan çaylardan gələn suyun bir hissəsini saxlamaq üçün su anbarları tikilir.

Hazırda İtaliyanın beş bölgəsində yağışlar səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib. Veneto bölgəsində isə ən yüksək “qırmızı” xəbərdarlıq tətbiq olunub.
Meteoroloqların fikrincə, vəziyyət tezliklə düzəlməlidir. Bu arada, ölkənin mərkəzi hissəsində və cənubunda qeyri-adi isti payız hökm sürür: Palermoda hava 34 dərəcəyə, Romada üstəgəl 28 dərəcəyə qədər istiləşib.

Mənbə: Euronews