Türkiyənin Bursa şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Shafaqadogru.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələ İstanbulda da hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) isə zəlzələnin 5,1 bal gücündə olduğunu qeyd edib.