Şəfəqə Doğru » Manşet » Gəncədə toyda 4 nəfər bıçaqlandı - Şübhəli şəxslər saxlanıldı

Gəncədə toyda 4 nəfər bıçaqlandı - Şübhəli şəxslər saxlanıldı

Gəncədə toyda 4 nəfər bıçaqlandı - Şübhəli şəxslər saxlanıldı

Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb. Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.