Braziliya prezidenti Luis İnasio Lula da Silva Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən imtina edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bununla bağlı sorğu son anda təqdim edilib.
Braziliya Xarici İşlər Nazirliyindəki mənbələrə görə, Lula da Silva Volodimir Zelenski ilə görüşə razı olmayıb, çünki tələb çox tez - gözlənilən görüşdən iki gün əvvəl edilib.
Məlumata görə, Ukrayna lideri şənbə günü axşam Argentina prezidentinin andiçmə mərasiminə gedərkən təyyarəsinə yanacaq doldurmaq üçün Braziliyadakı aviabazaya enib. Onun təyyarəsi yerli vaxtla saat səkkiz radələrində yerə enib və iki saat sonra havaya qalxıb.