Şəfəqə Doğru » Manşet » 32 min müəllimin əməkhaqqına əlavələr edilib

32 min müəllimin əməkhaqqına əlavələr edilib

32 min müəllimin əməkhaqqına əlavələr edilib

Direktorların orta əməkhaqları artıb.

 

Shafaqadogru.com z xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, 896 direktorun orta aylıq əməkhaqqı 2050 manatdır. Nazirin sözlərinə görə, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: "2691 direktor müavini isə orta aylıq əməkhaqqı 1380 manatdır".




 

Emin Əmrullayevin sözlərinə görə, bu günə qədər 137 min nəfərlik müəllim heyərinin 40 min nəfəri sertifikatlaşdırmaya cəlb edilib. O bildirib ki, bu, bütün müəllimlərin 29 faizini təşkil edir:

 

"Ümumilikdə 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllim əməkhaqqına 10 faiz, 8 min müəllimə isə 35 faiz əlavə alır. Hər 3 müəllimdən biri 2023-cü ildəki sertifikatlaşdırmadan sonra 1000 manat və daha çox əməkhaqqı alır".

 

Nazir deyib ki, bu gün 28 min müəllim 500 manata qədər əməkhaqqı alır. Onlar həftədə 8 saata yaxın dərs deyir: