Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, növbəti ildən bankda əmanət yerləşdirənlərə güzəştlər tətbiq olubacaq. Belə ki, vətəndaşların banklara qoyduqları əmanətlərdən gələn aylıq faiz gəlirləri vergidən azad olunacaq. Demokrat.az xəbər verir ki, əvvəllər əmanətlərdən gələn gəlirin 10 faizi vergiyə cəlb olunurdu. Artıq əhalinin müddətli əmanətlərinin miqdarının azalmasından (bu miqdar 147.7 milyon manat azalaraq 12 milyard 600 milyon civarına düşüb) sonra yeni dəyişiklik edilib. Bu tendensiyanın qarşısını almaq üçün dövlətin vergi məcəlləsinə dəyişiklik eilməsi təklif olunub. Bu yeni qaydanın iqtisadiyyata böyük töhfə verəcəyi düşünülür. Bu barədə "Xəbərin olsun" verilişinə danışan millət vəkili Vüqar Bayramov isə vergi məcəlləsinə əmanətlərdən gələn gəlirlərə dair aha iki dəyişiklik edilməsinin də nəzərdə tutulduğunu vurğulayıb: "Bu dəyişikliklərə əsasən banklarda olan əmanət aylıq 200 AZN-ə dək olan hissəsi vergidən azad olunur. Vətəndaşımızın bankda 31 AZN-i varsa və həmin əmanət fazilərinə görə ümumilikdə 8 faiz ödənilirsə bu halda onun əldə etdiyi illik 2400 AZN illik vergidən tamamilə azaddır. Əgər bu əmanətlər uzun müddət yerləşdirilsə, məsələn bir il yarım yerləşdirilən əmanətlər üçün gəlirdən asılı olmayaraq bütün gəlirlər vergidən azad olunacaq". Ətraflı videoda: