Şəfəqə Doğru » Manşet » Xankəndi stadionu oyuna hazırdır- Son dəqiqə görüntüləri

Xankəndi stadionu oyuna hazırdır- Son dəqiqə görüntüləri

Xankəndi stadionu oyuna hazırdır- Son dəqiqə görüntüləri

Xəbər verdiyimiz kimi bu gün Xankəndi şəhər stadionunda Azərbaycan kubokunun 1/8 final matçı Qarabağ-MOİK futbol oyunu keçiriləcək.

Shafaqadogru.com  xəbər verir ki, artıq oyunu izləmək üçün gələn azarkeşlər Xankəndidədir. Bu gün Xankəndidə təkcə oyun deyil, həm də böyük bayram olacaq. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Bu anların illərdir həsrətini çəkmişik. Buna görə də indi hər kəs bayram əhval ruhiyəsindədir.

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.
Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.

Qeyd edək ki, Xankəndi oyunu saat 14:00-da başlayacaq. “Yeni Müsavat” Media Qrupunun əməkdaşları oyunu işıqlandıracaq media nümayəndələri arasındadır.
Oyundan daha ətraflı materialı təqdim edəcəyik.










 


Musavat.com