Yanvarın 14-də Davosda Ukraynanın “sülh formulu” ilə bağlı müzakirələr aparılacaq.
Shafaqadogru.com xəbər verir ki, bunu, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil deyib. O bildirib ki,iclas təşkilatın saytında yayımlanacaq.
O, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında danışıb: “Biz yanvarın 14-də Davosda Ukraynanın “sülh formulu”nun bir hissəsi kimi müzakirə aparmağı gözləyirik”.
Yanvarın 9-da “Bloomberg” xəbər vermişdi ki, ABŞ və Kiyevin Qərb müttəfiqləri 2023-cü il dekabrın 16-da Səudiyyə Ərəbistanının Ər-Riyadında Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulu” ilə bağlı gizli görüş keçiriblər. Lakin müzakirələr zamanı tərəflər ciddi irəliləyiş əldə edə bilməyiblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində Ər-Riyaddakı gizli görüşün Zelenski üçün piar cəhdi olduğunu bildirib. O hesab edir ki, informasiya şırıngası siyasi fəaliyyət illüziyasını saxlamaq üçün yaradılıb.