Şəfəqə Doğru » Manşet » Yeniyetmələr arasında DAVA - iki nəfər bıçaqlandı

Yeniyetmələr arasında DAVA - iki nəfər bıçaqlandı

Yeniyetmələr arasında DAVA - iki nəfər bıçaqlandı

Ərzurumda dəhşətli hadisə baş verib.

Shafaqadogru.com Türkiyə KİV-nə istinadən bildirir ki, 15-16 yaş arası uşaqlar arasında baş verən bıçaqlı davada iki nəfər yaralanıb.

Hasisə ilə bağlı məlumatda bildirilib ki, HB (16), EB (15), EB (16) və EA (15) arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə böyüdükcə E.A ayağından və qarnından, HB isə ayağından xəsarət alıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb. Polis qrupları hadisəyə qarışan iki uşağı ailələrinin xəbəri üzərinə nəzarətə götürüb.