Şəfəqə Doğru » Manşet » NATO Bakı və İrəvanı normallaşmada DƏSTƏKLƏYİR

NATO Bakı və İrəvanı normallaşmada DƏSTƏKLƏYİR

NATO Bakı və İrəvanı normallaşmada DƏSTƏKLƏYİR

"NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və təkid edir ki, tərəflərin bu istiqamətdə indiyədək razılaşdırdıqları prinsiplər bu mərhələdə dəyişməməlidir".

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Armenpress"ə müsahibəsində bildirib.

 

Kolomina qeyd edib ki, onlar üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin təməlində dayanan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə riayət etmək çox vacibdir.

 

NATO-nun Cənubi Qafqazdakı nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Türkiyənin rolu, Ermənistan-NATO əməkdaşlığının perspektivləri və digər mövzulara da toxunub.