Florida hava limanında inşaat işçiləri İkinci Dünya müharibəsindən qalan, çəkisi 450 kiloqramdan çox olan “Mark 65” bombasını aşkar ediblər. Shafaqadogru.com xəbər verir ki, bomba aşkar edilən ərazidə mümkün partlayış fonunda səlahiyyətlilər insanları təxliyə ediblər və yolları bağlayıblar. “Bomba o qədər paslanmış və parçalanmışdı ki, onun partlama ehtimalının olduğunu müəyyən etmək mümkün deyil”, – deyə Hernando dairəsinin şerifi Al Nienhuis bildirib. Son olaraq mütəxəssislər bombanın aktiv olmadığını müəyyən ediblər.