Şəfəqə Doğru » Manşet » Ukrayna ordusu yenidən Rusiya ərazisinə PUA-larla hücum etdi

Ukrayna ordusu yenidən Rusiya ərazisinə PUA-larla hücum etdi

Ukrayna ordusu yenidən Rusiya ərazisinə PUA-larla hücum etdi

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Kursk, Bryansk və Orlovks vilayətləri, Krasnodar diyarı və Qara dəniz üzərində 19 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gecə Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə 19 təyyarə tipli PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb.

Hava hücumundan müdafiə sistemləri Kursk üzərində 2, Bryanskda 5, Orlovskda 4, Krasnodarda 2, eləcə də Qara dəniz üzərində 6 PUA-nı zərərsizləşdrib",-deyə məlumat qeyd olunur.