Şəfəqə Doğru » Manşet » Rusları Azərbaycana çağırıram, hər yerdə rusca danışanlar var - YEVDOKİMOV

Rusları Azərbaycana çağırıram, hər yerdə rusca danışanlar var - YEVDOKİMOV

Rusları Azərbaycana çağırıram, hər yerdə rusca danışanlar var - YEVDOKİMOV

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov mart ayında ölkəsində keçiriləcək prezident seçkiləri ilə bağlı danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat bu məsələyə "İzvestiya"ya müsahibəsində toxunub:

 




"Ənənəvi olaraq biz səfirlikdə seçki məntəqəsi açırıq, o, martın 17-də saat 8:00-dan 20:00-a kimi açıq olacaq".

 

Diplomat vurğulayıb ki, Azərbaycan tərəfinin qoyduğu heç bir məhdudiyyət yoxdur: "Əksinə, tam anlayış və dəstək var. Biz də xüsusi təhlükəsizlik tədbirləri planlaşdırmırıq, çünki Azərbaycan təhlükəsiz ölkədir. Seçicilərin sayına gəlincə, biz həmişəkindən daha çox insanın səs verməsinə hazırıq. Bir qayda olaraq, 1100-1300 nəfər bizə müraciət edir. Amma biz istənilən sayda rusu qəbul etməyə hazırıq.

 

Mən rusları Azərbaycana gəlməyə çağırıram, görəcəklər ki, bu, ruslarla yaxşı rəftar edən əhalisi olan çox müasir dünyəvi dövlətdir. Demək olar ki, hər yerdə rus dilində danışan insanlara rast gələ bilərsiniz, buna görə də təhlükəsizlik baxımından biz heç bir problem və ya məhdudiyyət görmürük".