Şəfəqə Doğru » Manşet » Türkiyə ilə bağlı qərar RƏSMƏN TƏSDİQLƏNDİ - SON DƏQİQƏ

Türkiyə ilə bağlı qərar RƏSMƏN TƏSDİQLƏNDİ - SON DƏQİQƏ

Türkiyə ilə bağlı qərar RƏSMƏN TƏSDİQLƏNDİ - SON DƏQİQƏ

Türkiyənin ABŞ-dan tələb etdiyi 40 blok 70 F-16 döyüş təyyarəsi və 79 təyyarə üçün modernləşdirmə dəstləri tələbi ilə birlikdə minlərlə sursat, proqram və avadanlıqdan ibarət paketin Konqresdə 15 günlük nəzərdən keçirilməsi və etiraz prosesi başa çatıb.

 Xəbər verilir  ki, bununla da satış Konqres tərəfindən rəsmən təsdiqlənib. 

ABŞ qanunlarına görə, Konqresə NATO-nun müttəfiqi olan ölkəyə iri müdafiə sənayesi satışlarında 15 günlük yoxlama müddəti verilir. Bu müddətdə satışın qarşısını alan qanun layihəsi həm Senatda, həm də Nümayəndələr Palatasında qəbul edilməzsə və Prezident bunu təsdiq etməzsə, satış baş verir.

ABŞ Dövlət Departamenti tərəfindən 23 milyard dollara başa gəldiyi təxmin edilən böyük satış paketinin növbəti addımı istehsalçı Lockheed Martin ilə satış və çatdırılma danışıqları olacaq.

Musavat.com