Gürcüstana səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub.
Shafaqadogru.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, qubernator Paata Xizanaşvili ilə görüşüb. Şirkət rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin hədiyyəsi olaraq yeni kənd təsərrüfatı texnikasını Kvemo Kartli əhalisinə təqdim edib. R. Abdullayev Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib.
Görüşdə SOCAR və Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu da imzalanıb.
Daha sonra Rövnəq Abdullayev şirkət rəhbərliyi təmsilçilərinin, Gürcüstanın elm va təhsil naziri Tamar Sanikidzenin, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvilinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının, habelə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin iştirakı ilə Marneuli rayonunun Ləjbəddin kəndində orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışını həyata keçirib.