"RİA Novosti” agentliyi xəbər verir ki, Ağdərə rayonunda Azərbaycan silahlı qüvvələrinin göndərdiyi pilotsuz uçan təyyarə-kamikadzenin düşdüyü ərazi hərbçilər tərəfindən əhatəyə alınıb. Kənar şəxslər əraziyə buraxılmır. Pilotsuz aparat Bakı vaxtı ilə saat 17.30-da hərbi hissələrdən birinin ərazisinə düşüb. Xəbərdə çoxsaylı yaralıların olduğu deyilir, ancaq digər detallar haqda məlumat yoxdur. RİA Novosti Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyindən” pilotsuz aparatla endirilən zərbə barədə şərh almaq cəhdi baş tutmayıb. Bundan əvvəl xəbər verilmişdi ki, söhbət "içərisinə partlayıcı yüklənmiş pilotsuz təyyarədən” gedir.
Lakin virtualaz.org xatırladır ki, silahlı qüvvələrimizin düşmənə göndərdiyi bu "hədiyyə” böyük ehtimalla Azərbaycanın İsraildən aldığı, dünyada ancaq bu ölkə tərəfindən istehsal olunan məxfi silah sistemindən ibarət olub. Çünki bu ilin fevralında İsrail mətbuatı xəbər vermişdi ki, İsrailin İsrael Israel Aerospace Industries (IAI) müdafiə sənayesi korporasiyası havada asılı vəziyyətdə qala bilən, 40 kilometr məsafədən hədəfi aşkarlayan və yüksək dəqiqliklə məhv edən, pilotsuz uçan döyüş sursatını təqdim edib.
Bu haqda İAİ-nin məbuat xidməti açıqlayıb. Konserinin məlumatına görə "Green Dragon” ("Yaşıl Əjdaha”) adlı sistem özündə pilotsuz uçan aparatla döyüş sursatının kombinasiyasını nəzərdə tutur.Bu sistem quru qoşunlarının taktiki birləşmələri, habelə xüsusi təyinatlı qüvvələrin əməliyyatları üçün nəzərdə tutulub.
Uçan və havada asılı qala bilən döyüş sursatı operativ kəşfiyyat apara, hədəfi aşkarlaya və pilotsuz aparata kombinə edilmiş döyüş sursatının köməyi ilə onu yüksək dəqiqliklə məhv edə bilir. Sistem start konveyrindən havaya qaldırılır. Quru qoşunlarının adi nəqliyyat vasitəsinin, yəni yük maşınının köməyi ilə 12-16 vahid belə konteyner daşımaq mümkündür.
Aparat 2 saat ərzində havada qala bilir, start nöqtəsindən 40 kilometr məsafəyə uçur. Aparatda istifadə edilən pilotsuz qurğu elektrik mühərriki ilə təchiz edildiyindən sistemin akustik baxımdan qeydə alınması çox çətindir. Döyüş sursatının çəkisi 3 kiloqramdır. Hədəfi vurma dəqiqliyi 1 metrdir.
Sistemin operatorları pilotsuz qurğunun videomüşahidə kameralarından təsvirlərin alınması üçün portativ terminalla təchiz edilib. Habelə sistem döyüş vəzifəsinin təxirə salınması və aparatın bazaya geri qayıtmasını təmin edən funksiyaya da malikdir.
Pilotsuz sistemlər üzrə rusiyalı espert Denis Fedutinovun sözlərinə görə, İAİ şirkəti hədəfin üzərində,, havadan asılı vəziyyətdə qala bilən pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması üzrə qabaqcıllardan biridir. Bu şirkət Harpy NG, Harop və Green Dragon kimi bir neçə belə sistem işləyib hazırlayıb.
"İsrail ordusu ilə yanaşı, belə sistemlər Türkiyə, Çin, Hindistan, Cənubi Koreya və ola bilsin Azərbaycandan hərbi sifarişçilərə çatdırılıb”-ekspert bildirib.