Şəfəqə Doğru » Manşet » Bas nazir Er-Riyaddan qacdi

Bas nazir Er-Riyaddan qacdi

Bas nazir Er-Riyaddan qacdi
Livan Baş naziri Səid Həriri Səudiyyə Ərəbistanını tərk edib.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı SDP agentliyi yayıb. Agentlik Həririnin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə getdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Həriri istefa qərarını Səudiyyə Ərəbistanında açıqlamışdı. O, belə addım atmasına səbəb kimi İranın ona qarşı sui-qəsd hazırlamasını göstərmişdi.
Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı. Mətbuat Ər-Riyadın bununla Livana təzyiq etmək istədiyini vurğulamışdı.