Şəfəqə Doğru » Manşet » Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi

Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi

Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi

İran əsilli türk milyarderi Rza Zərrab Nyu-Yorkda keçirilən məhkəmə zamanı Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qızıl ilə bağlı razılığa köməklik göstərməsi üçün rüşvət verdiyini bəyan edib.

Reuters-in xəbərinə görə, R. Zərrab bildirib ki, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan 45-50 milyon avro rüşvət verib.

Xatırladaq ki, bundan əvvəl iş adamı Rza Zərrab günahını etiraf edib və istintaqla əməkdaşlığa razılıq verib.

Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.

 Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Burhan Kuzu Amerikada həbs edilən iş adamı Rza Zərrabla bağlı sensasion sayıla biləcək iddia irəli sürüb.

AKP-li deputat Rza Zərrabın əvvəldən Amerikanın məxfi agenti olduğunu diqqətə çatdırıb.

"CNN Türk” televiziyasının qonağı olan B.Kuzu Zərrabın birdən-birə ittihamları qəbul etməsinin müəmmalı və qeyri-səmimi olduğunu deyib. Millət vəkilinin iddiasına görə, Zərrab ABŞ-ın agenti olub.

O, hesab edir ki, Tramp Rza Zərrab işi ilə Türkiyəyə təzyiq etməyə və bu yolla pul qoparmağa çalışır.